AFFA "Neftçi" ilə "İmişli"ni cərimələdi

AFFA "Neftçi" ilə "İmişli"ni cərimələdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 2-ci turunda yaşananlara görə "İmişli" və "Neftçi"ni cərimələyib.

Fanat.Az xəbər verir ki, qərar komitənin son iclasında çıxarılıb.

"Zirə" – "İmişli" oyununda qonaq komanda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Neftçi" – "Araz-Naxçıvan" oyununda isə stadionun işıqlandırılmasında yaranan problem səbəbindən matç 4 dəqiqə dayandırılıb. Paytaxt təmsilçisi buna görə 2000 manat cərimə ödəyəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər