Azərbaycanın yeniyetmə atleti İsa Əliyev Çirçiq şəhərində keçirilən ağırlıqqaldırma üzrə “Uzbekistan Open” turnirində gümüş medal qazanıb.
Fanat.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birdən qaldırma hərəkətində 122 kq nəticə göstərərək 2-ci yeri tutub.
Təkanla qaldırmada isə 136 kq ağırlığı başı üzərinə qaldıran İsa toplamda 258 kq nəticə ilə turniri 7-ci yerdə başa vurub.