Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandasının üzvü İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edib.
Fanat.Az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız iki hərəkətin cəmində gümüş medal qazanıb.
Atletimiz birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürüncə sahib olub. İsa təkanla qaldırma hərəkətində isə 170 kq ağırlığın öhdəsindən gələrək, fəxri kürsünün ilk pilləsində yer alıb.
Toplamda 308 kq nəticəyə imza atan idmançımız yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.