14:37 11.11.2020 293

Aslan Kərimov: "Onsuz da bu qrupdan çıxası deyildik"

"Sloveniya ilə yoldaşlıq matçı yalnız oyunçularının hansı səviyyədə olmasını görmək üçündür. Həmçinin, hər hansı rəsmi görüşə hazırlıq xarakteri daşıyır. Baş məşqçinin siyahısına baxsaq, düşünmək olar ki, bu qarşılaşmada milliyə çağırdığı yeni oyunçulara şans verəcək".

Bu fikirləri "Report"a açıqlamasında AFFA-nın məşqçi kurslarının maarifləndirmə üzrə direktoru Aslan Kərimov Azərbaycan millisinin Sloveniya ilə bu gün keçirəcəyi yoldaşlıq oyunu barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, bu oyun yorğunluq baxımından futbolçulara mənfi təsir göstərməyəcək: "Oyundan sonra futbolçuların bərpası üçün 48-72 saat vaxt lazımdır. Aradakı fərq oyunçuların hazırlıq səviyyəsi ilə əlaqədardır. İl ərzində 55-60 oyun keçirirsənsə, bu, sadəcə, ümumi yorğunluq ola bilər. Amma pandemiyadan sonra elə də çox matç olmayıb. Bu mənada yorğunluq olacağını düşünmürəm. Digər tərəfdən, baş məşqçinin əsas futbolçuları 90 dəqiqə oynadacağını düşünmürəm. Əsasən, ehtiyatda qalanlara şans verilə bilər".

Veteran futbolçu yığmanın UEFA Millətlər Liqasında noyabrın 14-də Monteneqro, bundan 3 gün sonra isə Lüksemburqla oynayacağı matçlara da toxunub: "Qrupda bütün komandalarla qarşılaşmışıq. Turnirdən öncə Monteneqronun favorit olması görünürdü. Bu gün lider Lüksemburq olsa da, sonda ilk pilləni əldən verəcəklərini düşünürəm. Yəni, qrupdan Monteneqro çıxacaq. Rəqibin heyətində Avropanın güclü çempionatlarında oynayan futbolçular var. Oyuna gəlincə, yığmamız qələbə qazana bilər. Amma təbii ki, çox çətin görünür. Lüksemburqla matç soyuq vaxta təsadüf edəcək. Bu komanda öz meydanındakı bütün qarşılaşmaları çox yaxşı keçirir".

Millinin qrupdan çıxma şanslarını dəyərləndirən Kərimov bunun çox çətin olduğunu etiraf edib: "İnandırıcı deməyək, amma çox çətindir. Çünki futbolda hər şey ola bilər. Qrupda birinci olmaq üçün hər iki oyunu qələbə ilə başa vurub, əsas rəqiblərin uduzmasını gözləməliyik. Lakin bunun öhdəsindən gəlmək olduqca ağır məsələdir. Onsuz da bu qrupdan çıxası deyildik. Bu, baş versəydi belə, dünya çempionatına vəsiqə qazana bilməyəcəkdik. Bu, 8 komandalı çempionatla real görünmür. Bunlar, bizim üçün sadəcə, yoldaşlıq oyunları idi. Amma D Liqasında olarkən bu şansı əldən vermişdik".

Yığmanın baş məşqçisi Canni De Byazinin işinə qiymət verən keçmiş yarımmüdafiəçi italiyalı mütəxəssisin mənfi və müsbət tərəflərinin olduğunu vurğulayıb: "Adətən, baş məşqçilərin işinə nəticələrə görə qiymət verirlər. Əslində ona yaxşı və ya pis deməyim düzgün olmaz. Çünki De Byazi Albaniya millisi ilə onların tarixində olmayan bir nəticəyə imza atıb. Yəni, öz üslubu və təcrübəsi var. Bu baxımdan onu Azərbaycan yığmasında çalışmış digər mütəxəssislərdən fərqləndirmək olar. Oyun üslubunu saxlamağa çalışan, müdafiəmeylli oyuna üstünlük verən, matçın içində aqressivliyi xoşlayan baş məşqçidir. Azərbaycanda milliyə çağırmadığı oyunçu qalmayıb. Ən azından onu ittiham edə bilməyəcəklər ki, niyə filan futbolçuya dəvət göndərməmisən. De Byazinin bəlkə də zəif tərəfi oyunçuları tam yaxından tanıya bilməməsidir. Çünki digərlərindən fərqli, Azərbaycana gəldiyi andan komandanı oyunlara çıxardı. Bunu baş məşqçi üçün bir qədər bəxtsizlik də adlandırmaq olar".

De Byazinin gəlişindən sonra Dmitri Nazarov, Eddi İsrafilov, Rüfət Dadaşov, Riçard Almeyda kimi legioner futbolçuların milliyə çağırılmamasına münasibət bildirən Kərimov bunu da hazırkı baş məşqçinin fərqli cəhəti kimi təqdim edib: "Açığı, onların dəvət olunmamasının səbəbini tam olaraq bilmirəm. Yalnız şayiələr gəzir ki, pandemiyadan öncə həmin futbolçulara zəng vurublar, amma gəlməyiblər. Bəlkə də başqa səbəblər var idi. Məndə bu barədə məlumat yoxdur. Amma oyunçu naz edirsə, gəlməmək üçün hansısa şərt qoyursa, onda De Byazinin addımı tam doğrudur. Həmin legioner gəlsəydi, nə dəyişəcəkdi ki?! Bəlkə hər hansı oyunda performansımız yüksək olacaqdı. Lakin belədə hansısa gənc futbolçunu qazandıq. Milli komanda səviyyəsində kiminsə nazı ilə oynamaq düzgün deyil. İstəsəydilər, gələ bilərdilər. Kimsə milli komandanın maraqlarını düşünmür və öz mənafeyini güdürsə, onu çağırmağın mənası yoxdur".
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 Mart 2021
00:12

Millimizin Qətərlə oyununun yeri dəyişdirildi

00:06

Paşayev oynadı, komandası...

08 Mart 2021
22:10

Türkiyə Superliqası: "Fənərbağça"dan darmadağın

21:35

Millimizin oyunu canlı yayımlanacaq

20:50

"Neftçi" "Keşlə"yə belə qalib gəldi - VİDEO

20:45

Samir Abasov: "Honda ilə 90 faiz razılıq əldə olunub"

20:40

"Keşlə"nin baş məşqçisi: "Uşaq səhvlərindən məğlub olduq"

20:12

“Neftçi”nin oyununda 4 qol, "Sabah" - "Sumqayıt" matçında "sülh"

19:52

"Sabah" - "Sumqayıt" oyununda vurulan qollar - VİDEO

18:41

"Sabah"ın baş məşqçisi: "İkinci hissədə top bizdə olmadı"

18:29

Ayxan Abbasov: "Xəyal Messi deyil ki?!"

18:03

Ən zəngin futbolçu xanımları - SİYAHI

17:05

AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir

16:57

Harri Kyuell istefaya göndərildi

15:10

Azərbaycanlı futbolçu məşhur ifaçının 2 villasını satın aldı

14:44

Xavi Qətər çempionu oldu

13:24

Mariya Stadnik: “İldə yalnız bir gün qadın kimi xatırlanmağı sevmirəm”

13:10

"Zirə" - "Qarabağ" matçının hakimləri açıqlandı

12:03

"Qarabağ"dan duyğusal 8 Mart təbriki - VİDEO

11:54

Cəzalı Şeydayev Premyer Liqa matçında oynaya bilərmi?

11:16

Millimizin baş məşqçisi Portuqaliyaya meydan oxudu: "Onları bilmirlər ki..."

10:44

Ulduz futbolçu Çin klubundan ayrıldı - Avropaya qayıtdı

09:47

"Barselona"nın yeni prezidenti Messinin taleyindən danışdı: Qalır, ya gedir?

09:40

Millimizin baş məşqçisi: “Müəyyən dəyişiklik edəcəyik”

09:25

Bu gün Beynəlxalq Qadınlar Günüdür

02:21

Superliqa klubu baş məşqçisini açıqladı

02:13

La Liqa: Madrid derbisi heç-heçə bitdi

02:12

"Barselona" yeni prezidentini açıqladı

02:00

A Seriyası: "Milan"la "Napoli" uddu, Florensiyada 6 qol

01:57

İPL: Derbini MY qazandı, "Liverpul" yenə uduzdu

00:58

Xavinin komandası Qətər çempionu oldu

00:02

Almaniya Bundesliqası: 2 oyunda 2 qol

07 Mart 2021
23:02

Rüstəm Kiyev "Dinamo"suna qarşı oynadı

22:42

Türkiyə Superliqası: "Qalatasaray" yenə qələbə qazana bilmədi

22:14

Azərbaycan "Böyük Dəbilqə"ni 14-cü yerdə bitirdi

20:48

Cerrardın "Reyncers"i sona 6 tur qalmış çempion oldu

19:53

Pirlo Ronaldunu niyə ehtiyatda saxladığını açıqladı

19:11

Araz Abdullayev coşdu, komandası qələbə qazandı - VİDEO

17:13

"Zirə" argentinalı hücumçu transfer etdi - RƏSMİ

17:00

Sabahkı oyunlar FİFA hakimlərinə tapşırıldı

16:27

Böyük Dəbilqə: Daha bir cüdoçumuz medal qazandı

16:20

Azərbaycan atleti ermənini üstələyərək, Avropa vitse-çempionu oldu

15:12

“Qarabağ” Ağdamda futbolçu seçir - FOTOLAR

14:00

Millimizin sabiq üzvü karyerasını bitirir, məşqçiliyə başlayır

13:44

Yarıçılpaq FOTOsu "Instagram"ı "partlatdı"

12:10

"Bavariya" "Borussiya"nın yarımmüdafiəçisi ilə danışıqlara başladı

12:01

Qadağan olunmuş zərbədən istifadə etdi, çempionluq titulundan məhrum olundu - VİDEO

11:45

"Bavariya"nın qapıçısı klubundan ayrılır

11:36

Bu gün Madrid derbisi var

10:07

Futbolçu çayı keçmək istərkən yoxa çıxdı

09:25

MMA döyüşçüsü açıq-saçıq fotosunu paylaşdı - FOTO

06 Mart 2021
23:01

Holand bunu Ronaldu və Messidən yaxşı bacardı - SON ANDA

22:56

Komandası xal qazandı, Kamran hanı?

22:03

Əxlaqsızlıq yuvası işlədən Ramazanov qardaşlarına cəza verildi, biri infarkt keçirdi

22:01

Türkiyə Superliqası: "Beşiktaş" büdrəmədi

19:35

"Zirə" fransalı hücumçu gətirdi - RƏSMİ

19:18

"Sportinq"in baş məşqçisinin aqibəti necə oldu? - RƏSMİ

17:53

XVII turun oyun cədvəli açıqlandı

17:31

Birinci Divizion: Şeydayev qovuldu, lider dəyişdi

16:56

Ruslan Abışov: "Futbol Qarabağın tanıtımı üçün böyük reklam olacaq"

16:06

Yens Leman: "Noyer Buffondan ən azı iki baş üstündür"

15:29

Stoykoviç Azərbaycanın yer aldığı qrupu dəyərləndirdi

15:23

Honda Azərbaycan klubuna 15 milyona təklif olunub

15:08

"Yəhudidən daha çox erməniyəm, amma..."

14:57

Benzema derbidə oynayacaq? - Zidan açıqladı

14:25

Ramil Şeydayev əvəzedici komandada oynayacaq

14:07

De Xea derbini buraxacaq - SƏBƏB

13:36

Filip Ozobiç: "İki qol vurmağım..."

13:30

Böyük Dəbilqə: Orucov erməniyə uduzdu

13:26

Qattuzo "Fiorentina" yolunda

Facebookdan bizi izləməyi unutmayın.