UEFA rəsmi "Twitter" səhifəsində AVRO-2020-nin rəmzi heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, heyətdə qitə birinciliyinin qalibi olan İtaliya yığmasından 5, finalda uduzan İngiltərə millisindən isə 3 futbolçu var.
Maraqlıdır ki, 5 qolla turnirin bombardiri olan Kriştianu Ronaldu "11-liy"ə düşməyib. Simvolik heyətdə eyni sayda top vurduğu halda, portuqaliyalı ulduza əlavə göstəricilərdə uduzan çexiyalı forvard Patrik Şikə də yer tapılmayıb.
AVRO-2020-nin rəmzi heyəti:
Canluici Donnarumma (İtaliya), Kayl Uolker (İngiltərə), Leonardo Bonuççi (İtaliya), Harri Maquayr (İngiltərə), Leonardo Spinatsola (İtaliya), Pyer-Emil Heyberq (Danimarka), Jorjinyo (İtaliya), Pedri (İspaniya), Federiko Kyeza (İtaliya), Romelu Likaku (Belçika), Rahim Sterlinq (İngiltərə).
Nihat