İtaliyanın qələbəsi ilə yekunlaşan AVRO-2020-də bir çox rekordlar qeydə alındı.
Fanat.Az bu rekordlardan hazırladığı statistikanı diqqətinizə çatdırır:
- 142 qolun vurulduğu AVRO-2020 Avropa çempionatları tarixində ən məhsuldar yarış oldu.
- 80 futbolçu fərqlənib. Bir turnir üçün rekord göstəricidir.
- 11 avtoqol. Xüsusən də qapıçılar Voytsex Şensni, Lukaş Qradetski və Martin Dubravkanın avtoqolları çempionatı daha da yaddaqalan etdi.
- Danimarka millisi Rusiya və Uelsin qapısından eyni sayda - 4 top keçiribsə, İspaniya millisi Slovakiya və Xorvatiyanın hərəsinin qapısına 5 dəfə yol tapıb.
- Portuqaliya millisinin heyətində 14 qol vuran Kriştianu Ronaldu Avropa çempionatları tarixində ən yaxşı bombardir oldu. Qollardan 3-ü penaltidən vurulub. Bu isə turnir üçün rekord göstəricidir.
- İngiltərənin qapıçısı Cordan Pikford 5 oyun qapısını toxunulmaz saxlayaraq bu göstəricidə İker Kasilyasın rekordunu yeniləyib.
- Almaniya millisinin çalışdırıcısı Yoahim Löv baş məşqçi olaraq Avropa çempionatlarında 21 oyun keçirib.
- Ən gec qələbə qolu 121-ci dəqiqədə vurulub. Bu qolu Ukrayna milli komandasının forvardı Artyom Dovbik İsveç millisinin qapısından keçirib.
- İngiltərə millisi antirekordla yadda qalıb. Avropa çempionatlarında 10 dəfə iştirak edən İngiltərə seçməsi hələ çempion olmayıb.
- Çexiya millisinin hücumçusu Patrik Şik 45,5 metrdən vurduğu qol Avropa çempionatının ən uzaq məsafədən vurulan qolu kimi tarixə düşüb.
Emin Şəmsiyev