21:16 19.07.2021 1489

Azərbaycan deputatının cangüdəni İngiltərə millisinin ulduzuna hücumda iştirak edib

Futbol üzrə Avropa Çempionatının bir neçə gün əvvəl keçirilən final oyununda uduzan İngiltərə yığma komandasının qaradərili üzvlərinə qarşı sosial media üzərindən irqçi hücumlar edənlərin arasında Azərbaycan Milli Məclisinin deputatının "cangüdəni” də yer alır. 

Virtualaz.org "Sky News"a istinadla xəbər verir ki, Center for Countering Digital Hate (CCDH) şirkəti komandanın üç qaradərili üzvünə qarşı irqçi hücumlar həyata keçirən 99 akkauntu analiz edib. Bu hesablardan futbolçuların ünvanına "Instagram"da 100-dən çox irqçi şərh yazılıb.

Xatırladaq ki, finalda İngiltərə ilə İtaliya komandaları qarşılaşıb. Əsas və əlavə vaxtın 1:1 hesabı ilə başa çatdığı oyunda qalibi müəyyənləşdirmək üçün penalti zərbələri seriyası baş tutub. Qaradərili oyunçular Markus Reşford, Ceydon Sanço və Bukayo Saka zərbələri qaçırdıqdan sonra İtaliya qələbə qazanıb. Sosial mediada əksər şərhlər İngiltərə komandasına qarşı müsbət olsa da, üç oyunçu oyundan dərhal sonra irqçi şərhlər almağa başlayıb.

Britaniyanın Baş naziri Boris Conson İngiltərə futbol komandasında çıxış edən qaradərili futbolçulara qarşı irqçi hücumları qınayıb. Conson "Twitter" hesabında bu barədə yazıb: "Komanda sosial mediada irqçi hücumlara məruz qalmamalıdır, əksinə qəhrəman kimi təriflənməyə layiqdir. Bu dəhşətli irqçi ifadələrə cavabdeh şəxslər özlərindən utanmalıdırlar”.

Eyni şəkildə, London şəhər meri Sadiq Xan da "Twitter" hesabından futbolda və ya başqa bir yerdə irqçiliyə yer olmadığını deyib. O, cavabdeh şəxlərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib. 

İngiltərə futbolunun rəhbər orqanı olan Futbol Assosiasiyası da hər cür irqçiliyi və oyunçulara olan təzyiqləri qınayan bir açıqlama verib. 

Londonun polis idarəsi "Twitter"də şərhlərdən xəbərdar olduğunu bildirib, onları qəbuledilməz adlandırıb və araşdırılacağını əlavə edib.

CCDH müəyyən edib ki, irqçi şərhlərin yazıldığı həmin 99 hesabdan cəmi 3-ü Böyük Britaniya ərazisində qeydiyyatdan keçib, qalanları isə xaricdədir. Şərhlərin 1/4 anonim istifadəçilər tərəfindən yazılıb, qalanları isə öz hesablarından qaradərili futbolçulara irqçilər hücum ediblər. Məsələn, Ceydon Sançonun "Instagram" paylaşımlarından birinin altına irqçi şərh və söyüş yazanlardan biri Azərbaycan Milli Məclisinin deputatının cangüdəni kimi özünü təqdim edir. Onun kimliyi məqalədə göstərilmir. Digər isə İrandan olan biznesmendir.
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2024
17:14

"İstərdik ki, həmin oyunlar da ətraflı araşdırılsın" - "Araz Saatlı" rəsmisi

16:55

Keyn "Bayer Leverkuzen"in çempion olmasına belə reaksiya verdi

16:35

Dadaşov üçün mövsüm vaxtından əvvəl bitdi

16:12

"Qızıl top"a əsas namizədlər bilindi - Foden ikinci, Messi sonuncudur

15:55

"Golden Boy" mükafatı kimə veriləcək? - NAMİZƏDLƏR

15:37

Bataqlıqdan çırtlayan ümid

15:20

"Barselona"dan braziliyalı ulduzu üçün 20 milyonluq "divar"

15:01

Legioner limiti dəyişsə... - Nə itirib nə qazanacağıq?

14:41

Dünya Kuboku: Azərbaycanı təmsil edəcək gimnastlar bəlli oldu

14:20

“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı

13:52

Musa Qurbanlı İsveçdə növbəti qolunu vurdu

13:31

Almaniyalı dünya çempionu vəfat etdi

13:13

Millinin heyəti açıqlandı

12:54

"Barselona" azarkeşləri PSJ-ni yatmağa qoymadı - FOTO

12:37

Luis Enrike vəd verdi: "Geridönüş edəcəyik!"

12:20

Braziliya klubu romalıların liderini apardı - RƏSMİ

12:11

Simeone "Borussiya" ilə cavab matçından nə gözləyir?

11:54

"Barselona" Rafinyanı bu qiymətə satmağa hazırdır

11:37

Kriştianu Ronaldu diskvalifikasiya ediləcək

11:20

Torqan Hazar ağır zədə aldı - Belçikalı üçün il erkən bitdi

11:03

Azərbaycan millisi Gürcüstanla üz-üzə

10:45

"Milan" Konte ilə danışıqları dayandırdı - SON DURUM

10:24

"Murad Musayev avtoritet məşqçi deyil"

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:43

İddiaçılar Turniri: Nicat Abasov ABŞ şahmatçısına uduzdu

09:22

ÇL: İlk yarımfinalçılar müəyyənləşir - YENİLƏNİR

09:00

Cəlal oynadı, komandası “Ludoqorets”lə nə etdi?

01:29

"Çelsi" "Everton"a divan tutdu

00:44

"Valensiya"ya 1 qol kifayət etdi

00:30

Sonuncu gündə 2 heç-heçə

00:10

"Qalatasaray" səfərdə darmadağınla qalib gəldi

15 Aprel 2024
22:00

Şeydayevin klubu TFF-nin qərarının ləğv edilməsini istəyir

21:18

Futbolçuları 19 yaşdan sonra aşağı liqalara sürükləmək futbol cinayəti olar

20:33

"Fərq bundadır" - Pedri PSJ-dən nədə üstün olduqlarını dedi

19:33

"Everton"un xalları yenə silinə bilər

18:48

Huşunu itirən "Roma"lının aqibəti necə oldu? - SON DURUM

17:52

"Sumqayıt" və "Zirə" arasında 4 oyunda 1 qol vurulub

17:30

"Bu, xüsusi axşam ola bilər" - Xavi PSJ ilə cavab matçından nə gözləyir?

17:12

"Sabah" bunu bacaran 3-cü komanda oldu

16:52

"Az qala infarkt keçirmişdim" - Karlo Ançelotti

Facebookdan bizi izləməyi unutmayın.
X