Avropa çempionatının qalibi İtaliya millisinin baş məşqçisi Roberto Mançini yaşadığı duyğulardan bəhs edib.
Fanat.Az xəbər verir ki, o, bu barədə "Sky Sport Italia"ya danışıb.
"Avropa çempionu olaraq özümü çox yaxşı hiss edirəm. Bu, həqiqətən möhtəşəm duyğudur. Xoşbəxtəm. Xüsusilə də İtaliya xalqı adına. Hamımız xoşbəxtik. Çünki ekstraordinar iş gördük. Bu İtaliya tarix kitablarında qalacaq. Bu qələbəni DÇ-2006-dakı uğurla müqayisə etmək olar. Mükafat qazanmaq üçün böyük işlər görməlisən. Mənim komandamın uşaqları da bununla fərqləndilər. Sirri nədir? Biz 3 il əvvəldən işləməyə başladıq və yaxşı oğlanlarla işləməyə davam edirik. Bizdə komanda ruhu formalaşıb və uşaqlar bunu AVRO-2020-də göstərdilər", - deyə 56 yaşlı mütəxəssis bildirib.
Qeyd edək ki, İtaliya millisini finalda İngiltərə yığmasını məğlub edib.
Röya