Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen Serbiya ilə yoldaşlıq görüşündə meydana kapitan sarğısı ilə çıxacaq.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, komandanın kapitanı Kasper Şmeyxel sarğını Kristianın daşıması təklifini özü irəli sürüb.
Oyun bu gün - Eriksenin ölümdən döndüyü "Parken" stadionunda keçiriləcək.
Xatırladaq ki, Eriksenlə bağlı qorxunc olay ötən il iyunun 12-də yaşanmışdı. Avro-2020-nin qrup oyunları çərçivəsində baş tutan Danimarka - Finlandiya matçının (0:1) ilk yarısının sonlarında "10 nömrə" rəqiblərdən heç birinin müdaxiləsi olmadan yıxılaraq yerdə qalmışdı. Huşu üstündə olmayan yarımmüdafiəçiyə ilkin yardım göstərildikdən sonra o, xəstəxanaya aparılmışdı. Kritik vəziyyətdən çıxan Kristian ürəyinin ritminin sabit qalması üçün kardioverter-defibrillyator cihazı gəzdirmək məcburiyyətində qalmışdı.
Nihat