Bu gün UEFA Avropa Liqasında cari mövsümün sonuncu püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.
Püşkatma mərasimində 1/4 və yarımfinal cütlükləri bəlli olacaq, eyni zamanda, final matçının nominal meydan sahibinin adına aydınlıq gəlib.
1/4 finalın cütlükləri:
"Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya)
"Bayer Leverkuzen" (Almaniya) - "Union" (Belçika)
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya)
Yarımfinal:
"Yuventus" (İtaliya) - "Sportinq" (Portuqaliya) cütünün qalibi - "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya) cütünün qalibi
"Feyenoord" (Niderland) - "Roma" (İtaliya) cütünün qalibi - "Bayer Leverkuzen" (Almaniya) - "Union" (Belçika) cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də, final görüşü isə mayın 31-də oynanılacaq.