UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Old Trafford" stadionunda "Mançester Yunayted" və "Sevilya" (2:2) qarşılaşıb.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin və MY-nin əfsanəvi yarımmüdafiəçisi Pol Skoulz "qırmızı şeytanlar"ın iki topluq üstünlüyü əldən verdiyi matçı şərh edib.
"Bu cür oyunda işi vaxtında bitirməlisən və arxayınlaşmamalısan. MY isə ikinci hissədə "yatdı". Hesab onları qane etdi. Halbuki tempi qorusaydılar, hesab 4:0, 5:0 olmalı idi. Erik Ten Haqın komandası parkda gəzinti kimi çox rahat idi. “Sevilya”ya qarşı bunu edə bilməzsiniz, onların Avropa Liqasında nə etdiklərini bilirik. “Sevilya” ilk hissədə yaxşı oynamadı. İkinci yarı isə MY üçün fəlakət oldu. Qəribə ikinci yarı izlədik”.
Qeyd edək ki, "Mançester Yunayted"lə "Sevilya" arasında cavab oyunu aprel ayının 20-i tarixində İspaniyada keçiriləcək.
Mirağa