"Roma"nın baş məşqçisi Joze Mourinyu Avropa Liqasının bu gün keçiriləcək final matçı ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Football Italia" onun dediklərini belə çatdırıb:
"Buraya Çempionlar Liqasından gələn rəqibimizdən fərqli olaraq biz uzun yol qət etmişik. Finala qədər 14 matç keçirmişik. Həlledici qarşılaşmada oynamaq haqqımızdır. "Sevilya" bu turnirdə çox sayda qələbə qazanmasını üstünlük sayır və biz buna hörmətlə yanaşırıq. Məncə, meydana tarix yox, komanda çıxır. Onlar üçün Avropa Liqasının finalı adi, bizə görə isə qeyri-adidir. Onlar üçün bu, bir çempionat matçı kimidirsə, bizim üçün tarixi hadisədir. "Sevilya"nın büdcəsi bizimkindən fərqlənir. "Roma"da ötən mövsüm ikinci komandada çıxış edən futbolçular da oynayır. Avrokuboklarda rəqibin baş məşqçisi Mendilbardan daha böyük təcrübəm var. Ancaq o, mənimlə eyni nəslin nümayəndəsidir. Futbolçularımız da eyni səviyyədədir. Düzdür, onların oyunçularının təcrübəsi çoxdur. Ancaq biz də iki ildir ki, bu heyətlə mübarizə aparırıq".
Nihat