Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu gündə daha 6 görüş baş tutub.
“Qarabağ” da bu gün doğma meydanda HJK ilə üz-üzə gəlib və çətin qələbəyə sevinib.
Bu mərhələnin avqustun 8-də baş tutmuş “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) matçında meydan sahibləri 2:1 hesablı qələbəyə seviniblər.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
10 avqust
“Qarabağ” (Azərbaycan) - HJK (Finlandiya) 2:1
“Jalgiris” (Litva) - “Haken” (İsveç) 1:3
“Şerif” (Moldova) - BATE (Belarus) 5:1
“Slaviya” (Praqa, Çexiya) - “Dnepr-1” (Ukrayna) 3:0
“Olimpiakos” (Yunanıstan) - “Genk” (Belçika) 1:0
“Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) 6:2