Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, cavab oyunlarının hamısı eyni gündə baş tutacaq.
“Qarabağ” da bu turnirdə növbəti matçına çıxacaq. Ağdam klubu doğma meydanda 2:1 hesabıyla qalib gəldiyi Finlandiyanın HJK komandası ilə bu dəfə səfərdə üz-üzə gələcək.
Avropa Liqası
3-cü təsnifat mərhələsi
17 avqust
20:00. HJK (Finlandiya) - “Qarabağ” (Azərbaycan) (ilk oyun 1:2)
21:00. “Haken” (İsveç) - “Jalgiris” (Litva) (3:1)
21:30. “Breydablik” (İslandiya) - “Zrinski” (Bosniya və Herseqovina) (2:6)
22:00. BATE (Belarus) - “Şerif” (Moldova) (1:5)
22:00. “Dnepr-1” (Ukrayna) - “Slaviya” (Praqa, Çexiya) (0:3)
22:00. “Genk” (Belçika) - “Olimpiakos” (Yunanıstan) (0:1)
22:00. “Ludoqorets” (Bolqarıstan) - “Astana” (Qazaxıstan) (1:2)