“Qarabağ”ın və Sloveniya “Olimpiya”sının UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək cavab oyunu ərəfəsində son məşqlərinin və mətbuat konfransının vaxtı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, hər iki komanda son hazırlığını matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda görəcək.
Avqustun 30-da, saat 18:30-da ilk olaraq Azərbaycan çempionu meydana çıxacaq. Bundan yarım saat əvvəl baş məşqçi Qurban Qurbanov mətbuat konfransında iştirak edəcək.
Qonaq komandanın açıq məşqi isə saat 20:00-a planlaşdırılıb. Lyublyana təmsilçisinin baş məşqçisi Joao Enrike saat 21:20-də media nümayəndələrinin sualarını cavablandıracaq.
Avqustun 31-də keçiriləcək görüş saat 20:00-da başlayacaq. Sloveniyadakı ilk qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanıb.