Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Fransanın Monako şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub.
Ağdam klubu "Bayer Leverkuzen" (Almaniya), "Molde" (Norveç) və "Hökken"lə (İsveç) H qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinə sentyabrın 21-də start veriləcək, dekabrın 14-də isə yekun vurulacaq.
H qrupu
"Bayer Leverkuzen" (Almaniya)
"Qarabağ" (Azərbaycan)
"Molde" (Norveç)
"Hökken" (İsveç)