“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Moe ötən gün baş tutan püşkü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında belə deyib.
"Komandamız qrupda Almaniyanın “Bayer”, Azərbaycanın “Qarabağ” və İsveçin “Haken” klubları ilə qarşılaşacaq. “Bayer” qrupun favoritidir. İkinci yer uğrunda mübarizə aparmaq ehtimalımız yüksəkdir. Ancaq “Qarabağ” ən az digər klublar qədər çətin rəqibdir. Azərbaycan təmsilçisini artıq neçə ildir tanıyıram. Əvvəllər bu klubun oyun səviyyəsinə daha yaxşı bələd idim. Bu gün isə “Qarabağ”ın nə qədər inkişaf etdiyini təsəvvür belə edə bilmirəm.
Hər halda, biz də bu mübarizənin içində olacağıq. Əminəm ki, bu oyunlar bizə yaxşı komanda olduğumuzu göstərmək imkanı verəcək”.
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.