Bu gün UEFA Avropa Liqasının qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, həlledici oyunda Almaniyanın “Bayer Leverkuzen” və İtaliyanın “Atalanta” komandaları üz-üzə gəlib.
İrlandiyanın paytaxtı Dublində baş tutan görüş saat 23:00-da start götürüb.
Almaniya çempionunu darmadağın edən Berqamo klubu tarixində ilk dəfə Avropa kubokuna sahib çıxıb. Bunadək İtaliya təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini də qitəmiqyaslı turnirlərdə titul qazanmamışdı.
UEFA Avropa Liqası
Final
22 may
Atalanta (İtaliya) – Bayer Leverkuzen (Almaniya) 3:0
Qollar: Lukman, 12; 26; 75
Baş hakim: İştvan Kovaç (Rumıniya)
“Dublin Arena” (İrlandiya).