UEFA Avropa Liqasının 2023/24 mövsümündə ən yaxşı qoluna görə mükafatın sahibi bilinib. Xatırladaq ki, turnirin qalibi finalda "Bayer"i məğlub edən (3:0) "Atalanta" olub.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti bu nominasiyanın qalibinin adını açıqlayıb.
“Vest Hem”in hücumçusu Mohammed Kudus “Frayburq”a vurduğu qolla mükafata layiq görülüb.
Səsvermədə Kudus “Atalanta”nın hücumçusu Ademola Lukmanı (“Bayer”lə oyun), “Bayer”in yarımmüdafiəçisi Robert Andriç (“Roma”), “Milan”ın vingeri Rafael Leau (“Slaviya”), “Slaviya”nın müdafiəçisi David Duder (“Milan”), “Marsel”i hücumçu Pyer-Emerik Obameyanq (“Vilyarreal” və “Ayaks”), “Liverpul”un hücumçusu Darvin Nunyes (“Sparta”), “Brayton”un hücumçusu Xuan Pedro (“Marsel”) və “Bayer”in hücumçusu Vitor Bonifası (“Qarabağ”) qabaqlayıb.