UEFA Avropa Liqasında Liqa mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.
Fanat.Az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək. Çempionlar Liqasının pley-offunda "Dinamo Zaqreb"ə (Xorvatiya) uduzaraq (0:3, 0:2) yoluna AL-də davam edəcək Ağdam klubu 2-ci və ya 3-cü səbətdə yer alacaq.
Avropa Liqasının 36 iştirakçısının adına bu gün keçiriləcək pley-off mərhələsinin cavab oyunlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, Avroliqada Liqa mərhələsinin oyunlarının təqvimi avqustun 31-də açıqlanacaq.