“Qarabağ”ın futbolçusu Marko Yankoviç UEFA Avropa Liqasında Liqa mərhələsinin III turu çərçivəsində Niderlandın “Ayaks” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, monteneqrolu futbolçu sabah böyük kluba qarşı oynayacaqlarını bildirib:
"Bizim üstünlüyümüz ondadır ki, böyük komandalara qarşı oynamışıq. Keçmişdə oynadığımız matçlar onu göstərir ki, istənilən komandaya qarşı oynaya bilərik. Nəticədən asılı olmayaraq, əsas odur ki, biz yaxşı oyun nümayiş etdirə bilək. Önəmli olan budur".
Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək “Qarabağ” – “Ayaks” matçı saat 20:45-də başlayacaq.