"Qarabağ" UEFA Avropa Liqası Liqa mərhələsində növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz yarışın IV turu çərçivəsində Norveçdə "Budyo Qlimt"lə qarşılaşıb.
Qurban Qurbanovun "Aspmira" stadionunda baş tutan görüşdə möhtəşəm qələbə qazanıb və beləliklə, Liqa mərhələsində ilk xallarını əldə edib.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə 1:2 və “Ayaks”a 0:3 hesabıyla uduzmuşdu. “Atlılar” "Budyo Qlimt" üzərində qələbə ilə sonuncu yerdən qurtulub, üstəlik, yenidən pley-off mübarizəsi üçün şansının bitmədiyini nümayiş etdirib.
Qeyd edək ki, "Qarabağ" növbəti turda Bakıda Fransa təmsilçisi "Olimpik Lion"u qəbul edəcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
"Budyo Qlimt" – "Qarabağ" 1:2
Qollar: Berq, 41 - Toral Bayramov, 23. Abdullah Zubir, 69.
Hakimlər: Luis Qodinyu, Rui Teixeyra, Pedru Almeyda, Andre Narkiso (hakimlər Portuqaliyadandır).
Hakim-inspektor: Ante Vuçemiloviç (Xorvatiya)
UEFA nümayəndəsi: Tammo Beyshuyzen (Niderland)
"Aspmira" stadionu
"Budyo Qlimt": 12. Haykin, 20. Syovold, 2. Nielsen, 4. Byortuft, 15. Byorkan, 26. Evyen, 7. Berq (k), 14. Saltnes, 77. Zikernaqel, 94. Mikkelsen, 23. Hauqe.
Ehtiyat oyunçular: 44. Bryöndbü, 5. Venbanqomo, 6. Qundersen, 8. Auklend, 11. Espeyord, 19. Fet, 21. Helmersen, 25. Maatta, 27. Syorli, 29. Tomiç, 30. Sorensen, 99. Juqen.
Baş məşqçi: Hyetil Knutsen.
"Qarabağ": 99. Mateuş Koxalski, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 66. Patrik Andrade, 8. Marko Yankoviç, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Emmanuel Addai, 18. Juninyo.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 2. Mateus Silva, 7. Yassin Benzia, 13. Bəhlul Mustafazadə, 15. Lenadro Andrade, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov.