
UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ” - ÇSKA ilə üzləşib. Gərgin keçən 90 dəqiqədə qol səsi çıxmayıb.
Fanat.Az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında rəqibin baş məşqçisi Xristo Yane jurnalistlərin suallarını cavablanırıb:
"Bizim üçün vacib idi, oyunçular yaxşı oynadılar. Revanş oyununda da belə davam edəcəyik. Çox motivasiyalı idilər, ailələri oyunlarına baxırdılar və qalib gəlmək istəyirdilər."
- Diqqətimi çəkən məqam o oldu ki, bolqar jurnalistlər komandanı alqışladılar və hər sualda təbrik etdilər. "Qarabağ"la bərabərlik bu qədərmi böyük uğurdur?
"Gözəl sual üçün təşəkkür edirəm. "Qarabağ" çox güclü klubdur və onlar da bunun əhəmiyyətini başa düşürlər. O səbəbdən düşünürdülər ki, vəziyyət başqa cür ola bilər. Mövcud nəticə onlar üçün yaxşıdır."
- İkinci hissədə futbolçulara nə dediniz? Birinci hissədə daha zəif idilər, ikinci hissədə isə artıq daha yaxşı oynadılar.
"Qarabağ"ın oyunçuları çox güclüdür. Mən öz futbolçularıma daha ehtiyatlı oynamağı və qol buraxmamağı tapşırdım. Hücum etməyi tapşırsaq da, üstünlüyü müdafiəyə verdik."
Bakıdan sərfəli nəticə ilə qayıdırsınız, özünüzü necə hiss edirsiniz?
"Biz bura qələbə ümidi ilə gəlmişdik. İkinci oyunda da yalnız qələbə üçün çalışacağıq."
- Bildiyimiz kimi, bu görüşdə azarkeşləriniz yox idi, ancaq cavab oyununda olacaqlar. Bu amil sizə kömək edəcəkmi?
"Azarkeşlərin bizi dəstəklədiyini bilirik. Cavab oyununda da belə olacaq və biz yalnız irəli gedəcəyik."
- Cavab oyunu ilə bağlı tam olaraq fikirləriniz nədir, nə etməyi planlaşdırırsınız?
"Əlbəttə ki, sxemdə dəyişikliklər olacaq. Yalnız irəli getməliyik. Cavab oyunundan çox ümidliyik və qalib gələcəyik."
- Xüsusilə birinci hissədə hakimin qərarlarına çox emosional reaksiya verirdiniz. Hər zaman beləsiniz?
"Belə bir hadisənin olduğuna fikir verməmişəm. Çox emosional biriyəm, əgər nəsə narahatlıq olubsa, üzr istəyirəm."
Əlisahib İbrahimli