"Sevilya” klubu Avropa Liqasında rekorda imza atıb.
Fanat.az xəbər verir ki, ispanlar Avropa Liqasının 1/8 final mərhələsində "Roma”nı 2:0 hesabı ilə məğlub edərək bu turnirdə 39-cu qələbəsini qazanıb.
Bununla da La Liqa klubu turnirdə ən çox qələbə qazanan komanda adına şərik çıxıb. Bunadək mütləq rekord Avstriyanın "Zalsburq” klubuna məxsus idi.
Qeyd edək ki, "Sevilya” 1/4 finalda "Vulverhempton”la qarşılaşacaq.
Fanat.az