Avroliqanın ilk təsnifat mərhələsində baş tutacaq "Keşlə” - "Laçi” matçının hakimləri açıqlanıb.
Fanat.az xəbər verir ki, Albaniya təmsilçisi ilə paytaxtımızda baş tutacaq görüş gürcüstanlı hakimlərə tapşırılıb.
Qarşılaşmanın baş hakimi Georgi Kikaçeişvili olacaq. Həmyerliləri Davit Qabisoniya və David Axvlediani yan xətt hakimi funksiyasını icra edəcəklər. Ehtiyat hakim isə İrakli Kvirikaşvili olacaq.
"Keşlə” – "Laçi” oyunu avqustun 27-də "ASK Arena”da keçiriləcək.
Fanat.az