11:24 01.09.2020 1111

"Keşlə"nin futbolçusu: "Qovulmasaydım, 5-ci penaltini özüm vurardım"

"Rəqib sanki Bakıya gələndən istəyirdi ki, görüş heç-heçə bitsin və qalib penaltilərdən sonra bilinsin. Onların qapıçısı oyun ərzində çox yaxşı çıxış etdi, Vüsal İsgəndərlinin iki yaxşı zərbəsini çıxartdı".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Şəhriyar Əliyev Avropa Liqasının I təsnifat mərhələsində Albainiya "Laçi"sinə penaltilər seriyasında uduzduqları matç barədə danışarkən deyib. 

28 yaşlı müdafiəçi penalti seriyasında hər iki komandanın şansları bərabər olur: "Penaltilərdə qalib gələ və ya məğlub ola bilərsən. Rəqib isə ilk dəqiqələrdən bu barədə düşünürdü. Qolu oyunda vurmalıyı idik, amma bacarmadıq. Şanslarımız olsa da, yararlana bilmədik. Rəqib azlıqda qalanda çox çalışdıq, lakin onları cərimə meydançalarından çıxarmağa müvəffəq olmadıq. Müdafiəçiləri cərimə meydançasının içərisində idi, hücumçuları mərkəz xəttindən arxada dayanırdı. Vallah, içəri girmək olmurdu. Topu saxlayıb, qapıya zərbələr vurmaq istəyirdik. Şanslarımız oldu, bəzən 1-2 metrdən dəqiq zərbə vura bilmədik. Zərbələrdən biri qol olsaydı, rəqib açıq futbol oynayardı. Onlar 72-ci dəqiqədə aldıqları qırmızı vərəqədən sonra müdafiədə oturdular və əks-hücumlara üstünlük verdilər".

Təcrübəli oyunçu 112-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan qovulduğu epizoddan da danışıb: "Rəqib cinahdan hücum edirdi. Üstümə gələndə elə bildim ki, İlkin Qırtımov irəlidədir. Düşündüm ki, məni keçəndən sonra qapıya zərbə vurar. Ona görə də qırmızı vərəqə aldım. Gərək əvvəlcədən o şansı "Laçi"yə yaratmazdıq. Məni keçəndən sonra ayağımı uzatdım ki, getməsin. Özümüz hücuma çox atılmışdıq, rəqib isə bizi əks-hücumda yaxalamağa çalışırdı".

Əliyev penaltilər seriyası zamanı komanda yoldaşlarından bəzilərinin "ağ nöqtə"yə yaxınlaşmaq istəmədiyinə dair iddialarla bağlı isə bunları bildirib: "Mən qırmızı vərəqə aldım, ona görə də aşağıda oturmağa icazə vermədilər. Oyunun qalan hissəsinə jurnalistlərin yanından baxdım. Dəqiq heç nə eşidə bilmirdim. Amma oyundan əvvəl iki gün məşqlərdə penalti vurmuşduq. Son penalti epizodundan nələrin baş verdiyini bilmirəm, çox kənarda idim".

Müdafiəçi "Matç penaltilərə gedəcəyi təqdirdə, kimlərin vuracağı əvvəlcədən bəlli idimi?" sualına belə cavab verib: "90 dəqiqə ərzində penalti olsaydı, Rəhman Hacıyev, Vüsal İsgəndərli və ya mənim vuracağım deyilmişdi. Səhv etmirəmsə, bir də Dmitri Klots idi. Oyundan sonra isə mən orada yox idim, vallah bilmədim ki, kimləri müəyyənləşdiriblər. Yuxarıdan baxırdım. Məni heç ehtiyat oyunçular skamyasında əyləşməyə də qoymadılar. Dedilər ki, azarkeşlər üçün olan yerdən baxmalısan. Bu səbəbdən, görə bilmədim. Biz ilk dəqiqədən istəyirdik ki, oyunun taleyini penaltilər seriyasına saxlamayaq, ələ düşən şanslarımızı dəyərləndirək. Məşqlər bitəndə penaltilər vururduq, demək olar ki, hamı dəqiq yerinə yetirirdi. Qırmızı vərəqə almasaydım, bəlkə də beşincini özüm vuracaqdım. Sosial şəbəkələrdə oxuyuram, yazırlar ki, 5-ci penaltini vurmağa qorxublar. Mən orada olsaydım, özüm vuracaqdım. Sadəcə elə oldu ki, qırmızı vərəqə aldım". 

Əliyev kapitan Qırtımovun son penaltini dəqiq yerinə yetirə bilməməsinə də toxunub: "Bu, lotoreyadır. Onların qapıçısı həmin oyunun taleyini həll etdi. 90 dəqiqə ərzində qurtarışlar etdi, deməzdim ki, İlkin inamsızlıqdan və ya qorxduğu üçün vura bilmədi". 

Qeyd edək ki, "Laçi" əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda "Keşlə"ni penaltilərlə üstələyib - 5:4.
 
Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:09

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

Facebookdan bizi izləməyi unutmayın.
X