UEFA Avropa Liqasında I təsnifat mərhələsinin təxirə salınmış qarşılaşmalarının yeni tarixini açıqlayıb.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, "Makkabi” (Hayfa, İsrail) - "Jelezniçar” (Bosniya və Herseqovina) matçı 9 sentyabra təyin edilib. "Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) görüşü isə bir gün sonraya salınıb. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, UEFA hər iki qarşılaşmanı futbolçuların koronavirusa yoluxmaları səbəbindən təxirə salmışdı.
Fanat.Az