Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" oyunun hazırlıqlarını davam etdirir.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Fatih Terim hansısa sürpriz nəticənin qarşısını almaq üçün köməkçilərinə göstəriş verib.
"Fotomac"ın yaydığı xəbərə görə, köməkçi-məşqçilər 67 yaşlı mütəxəssisin tapşırığına əsasən, "Neftçi"ni təhlil etməyə başlayıb.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.