Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, III mərhələdə Kosovo "Drita"sını yenəcəyi təqdirdə "Qarabağ"la qarşılaşacaq komandanın çalışdırıcısı Azərbaycan çempionunu yalnız sözügedən qarşılaşmadan sonra analiz edəcəklərini söyləyib.
41 yaşlı mütəxəssis hələlik "Drita" ilə görüşü düşündüyünü vurğulayıb: "Ümid edirəm ki, "Drita" ilə matçdan sonra "Qarabağ"ın necə komanda olduğunu daha ətraflı müzakirə edəcəyik. İki il öncə Çempionlar Liqasının qrup mərhələsində iştirak ediblər. Həmin vaxt keçirdikləri oyunları yaxşı xatırlayıram. Amma ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində uduzduğumuz Şotlandiyanın "Reyncers" klubu daha güclü idi".
Qeyd edək ki, "Qarabağ" pley-off mərhələsində "Legiya” (Polşa) / "Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq. Görüş oktyabrın 1-də səfərdə olacaq.
Fanat.Az