Bu gün UEFA Superkubokunun yeni sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sayca 45-ci Superkubok uğrunda oyunda Çempionlar Liqasında 2019/2020 mövsümünü qalibi "Bavariya" ilə Avropa Liqasını qazanmış "Sevilya" üz-üzə gəlib.
Macarıstanın paytaxtı Budapeştdəki "Ferents Puşkaş" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb. Görüşü ingiltərəli referi Entoni Teylor idarə edib.
Hesabı penaltidən İspaniya təmsilçisi açsa da, münhenlilər fasiləyə qədər cavab qolunu vurmağı bacarıb. İkinci yarıda tərəflərin səyi nəticə vermədiyindən əlavə vaxta ehtiyac duyulub. Almaniya nəhəngi Martinesin qoluyla növbəti titula sahib çıxıb.
UEFA Super Kuboku
24 sentyabr
"Bavariya” – "Sevilya” 2:1
Qollar: Qoretska, 34. Martines, 104 – Okampos, 13-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Budapeşt. "Puşkaş Arena” stadionu.
Qeyd edək ki, bunadək UEFA Superkubokunun son qalibi İngiltərənin "Liverpul" klubu idi.
Fanat.Az