"Futbolçularımı yox, əsgərlərimi təbrik edirəm. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Legiya" ilə oyundan sonra deyib. Mütəxəssis bunları söyləyib: "Öz döyüşçülərimi təbrik edirəm. Həqiqətən də meydanda özlərini döyüşçü kimi göstərdilər. Çox vacib qələbə idi. Bir komanda dayanmalı idi. Baxmayaraq ki, 3:0 hesabı ilə qalib gəldik, rəqibə hörmətlə yanaşıram. Yeni baş məşqçiləri var, yeni sistem tətbiq edir. Oyunun gedişində də xeyli dəyişikliklər etdi. Ancaq komandamız demək olar ki, hərtərəfli hazır idi. Bu qələbəni cəbhədə döyüşən əsgərlərimizə və bütün Azərbaycan xalqına həsr edirəm".
"Qarabağ" UEFA Avropa Liqasında pley-off oyununu keçirib. Azərbaycan təmsilçisi Polşada "Legiya"nın qonağı olub. Varşavadakı "Wojska Polskiego" stadionunda təşkil olunmuş qarşılaşma Ağdam komandasının böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Fanat.Az