Polşa millisinin sabiq futbolçusu Silvestr Çereşevski "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində "Legiya"nı 3:0 hesabı ilə məğlub etdiyi matç barədə fikirlərini səsləndirib.
Fanat.Az xəbət verir ki, o, bu barədə "SportoweFakty" nəşrinə açıqlamasında danışıb.
Çereşevski "Qarabağ" görüş ərzində üstün olduğunu söyləyib: "Rüsvayçılıqdır. Hər zaman məğlub ola bilərsən, amma göstərə biləcəyin oyunun olmalıdır. "Qarabağ"ın matçdakı hökmranlığı qorxunc idi. Qapıda Boruts olmasaydı, bəlkə də 5 qol olardı".
Qeyd edək ki, saat 15:00-da "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri bəlli olacaq.
Fanat.Az