Avropa Liqasında 2019/20 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada "İnter”in oyunçusu Romelu Lukaku layiq görülüb.
O, səsvermədə Bruno Fernandeş ("Mançester Yunayted”) və Ever Baneqanı ("Sevilya”) arxada qoyub.
Qeyd edək ki, 4-cü dəfə sahibini tapan mükafatı indiyədək Pol Poqba (2016/17), Antuan Qrizmann (2017/18) və Eden Azar (2018/19) qazanıb.
Fanat.Az