"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyə "Sivasspor"u sifariş ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Super Liqa təmsilçisinin siyahısında yer alan 21 oyunçunun 2-si qapıçı, 7-sı müdafiəçi, 8-i yarımmüdafiəçi, 4-ü isə hücumçudur.
Qapıçılar: 25. Muammer Zülfikar Yıldırım, 30. Mamadu Samassa (Mali)
Müdafiəçilər: 3. Uğur Çiftçi, 4. Aaron Appindanqoe (Qabon), 8. Robin Yalçın, 14. Samba Kamara (Fransa), 58. Ziya Erdal, 87. Marselo Qoyano (Braziliya), 88. Caner Osmanpaşa
Yarımmüdafiəçilər: 5. İsaak Kofi (Qana), 6. Klaudemir (Braziliya), 10. Yasin Öztekin, 11. Xorxe Feliks (İspaniya), 17. Erdoğan Yeşilyurt, 37. Hakan Arslan, 7. Maks Qradel (Kot dİvuar), 76. Faysal Fayr (Əlcəzair)
Hücumçular: 2. Aruna Kone (Kot dİvuar), 9. Mustafa Yatabare (Mali), 29. Kazimir Ninqa (Fransa), 80. Olarenvacu Kayode (Nigeriya)
Qeyd edək ki, "Qarabağ" "Sivasspor", "Vilyarreal" (İspaniya) və "Makkabi" (Tel-Əviv, İsrail) komandaları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu ilə Türkiyə klubu arasında ilk oyun noyabrın 5-də səfərdə olacaq. İkinci qarşılaşma isə 3 həftə sonra Bakıda baş tutacaq.
Fanat.Az