İsrailin "Makkabi" (Təl-Əviv) klubu UEFA Avropa Liqasının I qrupunda ilk turun keçiriləcək "Qarabağ"la oyunda yeni transferlərini oynatmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "telesport.co.il" saytı məlumat yayıb.
Xəbərə görə, Təl-Əviv təmsilçisinin yeni futbolçuları - Luis Ernandes və Aleksandar Peşiç matçda iştirak etməyəcəklər.
İspaniyalı müdafiəçi ilə serbiyalı hücumçu böyük ehtimalla bugünkü qarşılaşmada oynamayacaqlar. Onların hansı səbəbdən meydana çıxmayacaqları açıqlanmayıb.
Qeyd edək ki, "Blumfild" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fanat.Az