Avropa Liqasının qrup mərhələsinin II turunda rekord yenilənib.
Fanat.Az xəbər verir ki, 24 oyunda ümumilikdə 15 penalti təyin olunub. Bu, turnirin yeni rekordudur.
Ən çox penalti Avstriya "Volfsberq"inin Niderlandda "Feyenoord"u 1:4 hesabı ilə məğlub etdiyi görüşdə qeydə alınıb. Avstriya təmsilçisi 3 penaltini dəqiq yerinə yetirib.
Qeyd edək ki, daha öncə bir gündə baş tutan görüşlərdə oyunsonrası penalti seriyası nəzərə alınmadan 10 penalti vurulmuşdu.
Fanat.Az