İrlandiya təmsilçisi "Dandolk" Avropa Liqasının tarixində inanılmaz statistika ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, komanda turnir başlayandan bəri (2009/2010 mövsümündən sonra) bir oyun ərzində qaydanı pozmayan yeganə kollektiv olub.
İrlandiya çempionu B qrupunun 2-ci turunda İngiltərədə "Arsenal"a 0:3 hesabı ilə uduzub. Meydan sahibləri 20 dəfə "foul" edib, lakin "Dandolk"ın oyunçuları bir dəfə də olsun qaydanı pozmayıb.
Fanat.Az