Avropa Liqasında II turun rəmzi komandası açıqlanıb.
Fanat.az xəbər verir ki, "11-lik” dünən keçirilən qarşılaşmalara əsasən tərtib olunub.
Bu dəfə heyətdə 11 müxtəlif klubun üzvləri yer alıb. Heç bir komandanın iki futbolçu ilə təmsil olunmadığı heyətə Azərbaycan çempionu "Qarabağ”ın yer aldığı İ qrupunun futbolçusu düşməyib.
Qapıçı: Qustavo Busatto (ÇSKA, Bolqarıstan).
Müdafiəçilər: Dioqo Dalot (Milan, İtaliya), Ceremi Gelin (Antverpen, Belçika), Stian Qreqersen (Molde, Norveç), Borna Barişiç (Reyncers, Şotlandiya).
Yarımmüdafiəçilər: Pizzi (Benfika, Portuqaliya), Mihael Liendl (Volfsberger, Avstriya), Co Uillok (Arsenal, İngiltərə).
Hücumçular: El Fardu Ben Nabuhan (Srvena Zvezda, Serbiya), Elvis Manu (Lüdoqorets, Bolqarıstan), Mohamed Elyunussi (Seltik, Şotlandiya).
Qeyd edək ki, "Qarabağ" ötən gün İstanbulda "Vilayrreal"a 1:3 hesabı ilə yenilib. Qrupun digər matçında isə "Sivasspor" "Makkabi"yə (Təl Əviv) yenilib - 1:2.