Yunanıstan AEK-nın baş məşqçisi Massimo Karrera Avropa Liqasının qrup mərhələsinin III turunda "Zarya" ilə matç üçün komandası ilə birlikdə Ukraynaya gedə bilməyib.
Fanat.Az xəbər verir ki, bu barədə "Onsports" məlumat yayıb.
Nəşrin yaydığı xəbərə görə, buna səbəb 46 yaşlı mütəxəssisin hərarətinin yüksəlməsidir.
İtaliyalı baş məşqçi çərşənbə axşamı həkimə müraciət edib, lakin bu gün də onun simptomları dəyişməz qalıb.
Qeyd edək ki, "Zarya" - AEK matçı noyabrın 5-də keçiriləcək.
Fanat.Az