Avropa Liqasının qrup mərhələsinin III turunda "Qarabağ"la qarşılaşacaq "Sivasspor" oyuna itkilərlə çıxacaq.
Fanat.Az xəbər verir ki, komandanın 3 futbolçusunun matçı buraxacağı dəqiqləşib.
Oyundan əvvəl mətbuat nümayəndələrinin önünə çıxan klubun baş məşqçisi Rıza Çalımbay Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin görüşdə iştirak etməyəcəklərini açıqlayıb.
Marselo Qoyano və Erdoğan Yeşilyurtun durumu isə bəlli deyil.
Qeyd edək ki, noyabrın 5-də "Yeni Sivas 4 Eylül" stadionunda keçiriləcək "Sivasspor" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Fanat.Az