"Rəqibin demək olar ki, heç bir qol epizodu olmadı. Komandanın oyunundan razıyam. Amma avrokuboklarla yanaşı, La Liqanı da düşünməliyik".
Fanat.Az xəbər verir ki, bu fsözlər İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeriyə məxsusdur.
49 yaşlı mütəxəssis UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda evdə İsrail "Makkabi" (Təl-Əviv) klubunu 4:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən bunları deyib: "Gənc və təcrübəli oyunçuların meydanda bir-birini yaxşı başa düşməsi bizim üçün vacibdir. Onlar yaxşı balans yarada bildilər. İnkişaf etməyə davam edirik. "Sivasspor" və "Qarabağ"la oyunlardan başqa, digər matçlarda qol buraxmamışıq".
Qeyd edək ki, 3 oyundan maksimum xal toplayan "Vilyarreal" I qrupunun lideridir.
Fanat.Az