Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində İspaniyada keçirilməli olan "Real Sosyedad” (İspaniya) – "Mançester Yunayted” (İngiltərə) matçının məkanı dəyişdirilib.
Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, ilk oyunu İtaliyada keçiriləcək.
Fevralın 18-də oynanılmalı olan qarşılaşma Turindəki "Yuventus" stadionunda baş tutacaq. Cavab matçının da neytral meydanda gerçəkləşəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl Avropa Liqasında 1/16 final mərhələsinin "Molde" (Norveç) - "Hoffenhaym" (Almaniya) matçının, həmçinin Çempionlar Liqasında 1/8 final mərhələsinin "Atletiko" (İspaniya) - "Çelsi" (İngiltərə), "Liverpul" (İngiltərə) - "Leyptsiq" (Almaniya) və "Borussiya" (Münhenqladbax, Almaniya) - "Mançester Siti" (İngiltərə) oyunlarının yeri dəyişdirilib.
Fanat.Az