"Qranada"nın futbolçusu Xorxe Molina Avropa Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, hücumçu turnirdə qol vurmağı bacaran ən yaşlı ikinci oyunçu olub. İspaniyalı forvard Norveç "Molde"sini 2:0 hesabı ilə məğlub etdikləri 1/8 final mərhələsinin ilk görüşündə hesabı açıb. Molina 38 yaş, 323-cü günündə fərqlənməyi bacarıb.
Turnirin rekordu "Molde"nin sabiq futbolçusu Daniel Berq Hestada məxsusdur. O, 2015-ci ildə Şotlandiya "Seltik"i ilə matçda 40 yaş 98-ci günündə qol vurub.
Fanat.Az