Avropa Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinə vəsiqə uğrunda 20 komanda mübarizə aparacaq. Avqustun 2-də keçirilən püşkatmanın nəticəsindən məlum olduğu kimi, "Neftçi”ni mübarizədən kənarlaşdıran HİK pley-offda "Fənərbaxça” ilə qarşılaşacaq. Türkiyənin digər təmsilçisi "Qalatasaray”ın rəqibi isə Danimarka klubu "Randers” olacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya”sı pley-offda Çexiya klubu "Slaviya” ilə üz-üzə gələcək.
Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 17-də və 19-da, cavab görüşləri isə ayın 26-da keçiriləcək.
Avropa Liqası
Pley-off mərhələsi
Srvena Zvezda (Serbiya) - ÇFR Kluj (Rumıniya)
Randers (Danimarka) - Qalatasaray (Türkiyə)
Seltik (Şotlandiya) - Alkmaar (Niderland)
Rapid (Avstriya) - Zarya (Ukrayna)
Fənərbaxça (Türkiyə) - HİK (Finlandiya)
Mura (Sloveniya) - Şturm Qraz (Avstriya)
Omoniya (Kipr) - Antverpen (Belçika)
Olimpiakos (Yunanıstan) - Slovan (Slovakiya)
Reyncers (Şotlandiya) - Alaşkert (Ermənistan)
Slaviya (Praqa, Çexiya) - Legiya (Polşa)