Bu gün futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutub.
“Barselona” “Nou Kamp”da “Napoli”ni yenə bilməyib.
Mahir Emrelinin yeni komandası “Dinamo” (Zaqreb) İspaniyada “Sevilya”ya uduzub. Emreli matçın 58-ci dəqiqəsində meydana çıxaraq debüt edib.
“Borussiya” (Dortmund) evdə “Reyncers”ə, “Zenit” “Real Betis”ə boyun əyib.
Bu mövsüm Avropada adından söz etdirən “Şerif” Moldovada “Braqa”nı inamla üstələyib.
“Atalanta” “Olimpiakos”u məğlub yola salıbsa, “Portu” “Latsio” ilə ev oyununda əzmkar qələbəyə sevinib.
“Layptsiq” – “Real Sosyedad” dueli isə məhsuldar bərabərliklə bitib.
Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.
Avropa Liqası
1/16 finalın ilk oyunları
17 fevral
Barselona (İspaniya) – Napoli (İtaliya) 1:1
Qollar: F.Torres, 59-pen. – Zelinski, 29.
Borussiya (Dortmund, Almaniya) – Reyncers (Şotlandiya) 2:4
Qollar: Bellingem, 51. R.Gerreyro, 82 Tavernye, 38-pen. Morelos, 41. Lundstram, 49. Zaqadu, 54-öz qapısına.
Şerif (Moldova) – Braqa (Portuqaliya) 2:0
Qollar: S.Till, 43-pen. A.Traore, 83.
Zenit (Rusiya) – Real Betis (İspaniya) 2:3
Qollar: Dzyuba, 25. Malkom, 28 – G.Rodriqes, 8. V.Xose, 18. Quardado, 41.
Sevilya (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya) 3:1
Qollar: Rakitiç, 13-pen. Okampos, 44; 45+1 – Orşiç, 41.
Atalanta (İtaliya) – Olimpiakos (Yunanıstan) 2:1
Qollar: Djimsiti, 61; 63 – Soares, 16.
Portu (Portuqaliya) – Latsio (İtaliya) 2:1
Qollar: Martines, 37; 49 – Zakkayni, 23.
Layptsiq (Almaniya) – Real Sosyedad (İspaniya) 2:2
Qollar: Nkunku, 30. Forsberq, 82 – Normand, 8. Oyarzabal, 64-pen.