“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos” itkilərlə üzləşib.
Fanat.Az xəbər verir ki, Yunanıstan çempionunun üç futbolçusu sıradan çıxıb.
Qapıçı Tomaş Vatslik və hücumçu Xvan İy Jo millinin düşərgəsində zədələniblər. Vatslik Çexiya, Jo isə Cənubi Koreya millisinin heyətində keçirilən son matçda zədələnərək, ikinci hissədə əvəzlənib. Hər iki oyunçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək. Zədələri ciddi olarsa, futbolçular “Qarabağ”la qarşıdakı matçları buraxa bilərlər.
Bundan başqa, mərkəz müdafiəçisi Retsosun zədəsinin ciddi olduğu üzə çıxıb. O, iki həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu o deməkdir ki, Retsos "Atromito", "Qarabağ" və OFI ilə oyunları buraxacaq.
Qeyd edək ki, “Olimpiakos”la “Qarabağ” arasındakı oyunlar oktyabrın 6-da Pireydə, 13-də isə Bakıda keçiriləcək.
Mirağa