"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu Avropa Liqasının 5-ci turunun oyunundan - "Şerif"lə matçdan (3:0) sonra sosial şəbəkə hesablarında paylaşım edib.
Fanat.Az xəbər verir ki, komandasının böyük hesablı qələbəsində 1 qolla pay sahibi olan 37 yaşlı forvard belə yazıb:
"Əla komanda işi və yaxşı qələbə. Birlikdəyik. İrəli, "Yunayted"!"