Almaniyanın "Frayburq" komandasının futbolçusu Yannik Kaytel "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında çıxış edib.
Fanat.Az xəgər verir ki, 22 yaşlı almaniyalı yarımmüdafiəçi heç vaxt bu ölkədə olmadığını bildirib:
"Azərbaycana gedəcəyim üçün çox sevinirəm. Oyuna ciddi yanaşacağıq. Bakıdakı matçda qələbə qazanmaq istəyirik. Heyətdə kimin yer almasından, hansı ölkədə çıxış etməyimizdən asılı olmayaraq, yüz faiz gücümüzü ortaya qoyacağıq.
I turda "Qarabağ"la görüş çox gərgin keçmişdi. Onların yaxşı hücumçuları var. Sabahkı qarşılaşmanı da səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.