UEFA Avropa Liqasında qrup mərhələsinin VI turundan sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu ada İspaniya “Betis”indən Aitor Ruibal, Fransa “Monako”sundan Kevin Vollan, Danimarka “Midtülland”ından Anders Dreyer və İtaliya “Roma”sından Lorentso Pelleqrini namizəddir.
Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.