Fernando Alonso "Formula 1" karyerasını bərpa edib.
Fanat.Az "Reno"nun saytına istinadən xəbər verir ki, Alonso 2021-ci il mövsümündə komandanı təmsil edəcək. Artıq tərəflər arasında müqavilə imzalanıb.
İspan pilot "Reno"da "Maklaren"ə keçən Daniel Rikkardonu əvəzləyəcək və Esteban Okonun komanda yoldaşı olacaq.
Qeyd edək ki, Alonso ikiqat (2005, 2006) dünya çempionudu.
Fanat.Az